İdman24
Döyüş İdmanı · Report İdman

AGF-də regional güləş koordinatorları ilə görüş keçirilib

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia AGF-də regional güləş koordinatorları ilə görüş keçirilib Fərdi 17 oktyabr, 2026 22:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Güləş Federasiyasının (AGF) regional güləş koordinatorları ilə görüş keçirilib.

Bu barədə "Report" a AGF-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın coğrafi-iqtisadi bölgüsünə uyğun olaraq, 14 regional nümayəndəlik formalaşdırılıb.

Görüş çərçivəsində nümayəndəliklər üzrə koordinatorların vəzifə öhdəlikləri, fəaliyyət planları, regionlarda güləşin inkişaf strategiyası və mövcud çətinliklər müzakirə olunub. Müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, irəli sürülən təkliflər dəyərləndirilib.

İki gün davam edən proqram çərçivəsində iştirakçılar AGF-nin strukturu və strategiyası, regional inkişaf strategiyası, vahid təqvim planı, yarışların təşkili və onlayn məlumat bazası ilə bağlı təqdimatlarla tanış olublar.

Görüşün ilk günündə AGF-nin strukturu və strategiyası barədə ətraflı məlumat verilib, regional inkişaf strategiyası təqdim olunub. Daha sonra regionların inkişaf istiqamətləri üzrə qrup işi aparılıb və fəaliyyət planları müzakirə edilib. Bu çərçivədə regional səviyyədə prioritetlərin müəyyənləşdirilməsinə və qarşıdakı dövr üçün görüləcək işlərin planlaşdırılmasına diqqət yetirilib.

Proqramın ikinci günündə vahid təqvim planı, yarışların təşkili, onlayn məlumat bazasının fəaliyyəti, eləcə də sənəd və şablonlardan istifadə qaydaları barədə təqdimatlar keçirilib. Həmçinin regional koordinatorların fəaliyyətinin planlaşdırılması və hesabatlılıq mexanizmləri ilə bağlı məsələlər nəzərdən keçirilib.

Günün davamında koordinatorlar hər birində üç nəfər olmaqla komandalara bölünüb. Onlar verilən tapşırıqlar əsasında təqdimatlar hazırlayaraq çıxış ediblər. Ən yaxşı təqdimatla fərqlənən komanda xüsusi hədiyyə ilə mükafatlandırılıb. Bununla yanaşı, iştirakçılar arasında komandaqurucu oyunlar təşkil olunub. Bu fəaliyyətlər komanda ruhunun gücləndirilməsinə, ünsiyyətin inkişafına və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edib.

Tədbirin əsas məqsədi regional fəaliyyətin koordinasiyasını gücləndirmək, idarəetmədə vahid yanaşmanı təmin etmək və ölkəmizdə güləşin davamlı inkişafına töhfə vermək olub. Görüş qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, koordinatorlar arasında təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Kənan Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 22:12 Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib Digər ölkələr 22:10 Video Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb Mədəniyyət siyasəti 22:07 Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir Digər ölkələr 22:04 Foto AGF-də regional güləş koordinatorları ilə görüş keçirilib Fərdi 21:43 Türkiyə ilə Almaniya mövcud münaqişə bölgələri ətrafında fikir mübadiləsi aparıb Region 21:25 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır Region 21:13 Foto Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub Mədəniyyət siyasəti 21:00 "Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub Futbol 20:50 Foto Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə