İdman24
Futbol · APA Sport

"Barselona"dan "Ayaks"a - RƏSMİ

### “Barselona”nın gənc müdafiəçisi “Ayaks”da – 6 milyon avroluq transfer

“Barselona”nın müdafiəçisi Jofre Torrents karyerasını Niderlandda davam etdirəcək.

Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu “Ayaks”a transfer olunub.

Amsterdam təmsilçisi Torrentslə 2030-cu ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.

“De Telegraaf”ın məlumatına görə, bonuslar da nəzərə alınmaqla transferin ümumi məbləği 6 milyon avro təşkil edəcək.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Jofre Torrents 2025/26 mövsümündə La Liqada 3 oyunda meydana çıxıb.

Orijinal mənbə

İdman24 əsas səhifə