İdman24
Digər · APA Sport

İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi

“Malyorka”nın qapıçısı İvan Kuelyar məşq bazasında baş verən insident nəticəsində xəstəxanaya yerləşdirilib.

Apasport.az xəbər verir ki, 42 yaşlı qolkiperin başına klubun məşq bazasındakı yeməkxanada yerləşən iri konstruksiya düşüb.

Kuelyar hadisədən sonra tibbi yardım üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, İspaniya qapıçısı karyerası ərzində “Atletiko”, “Sportinq Xixon” və “Leqanes”in formasını geyinib.

Orijinal mənbə

İdman24 əsas səhifə