"Gəncə"nin baş məşqçisi Murad Dikmən: "Azarkeşlərə daha yaxşı oyun göstərmək istəyirdik"

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Gəncə"nin baş məşqçisi Murad Dikmən: "Azarkeşlərə daha yaxşı oyun göstərmək istəyirdik" Komanda 12 noyabr, 2026 21:31 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümünün VI turunda Türkiyənin "Esenler Erokspor" komandası ilə matçda azarkeşlərə yaxşı oyun göstərmək istəyib.
"Report" xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin baş məşqçisi Murad Dikmən klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis "Esenler Erokspor" kollektivinə məğlubiyyəti şərh edib:
"Öncə rəqibi təbrik edirəm. Onlar turnirin qalibi adına namizədlərdəndilər. Bu gün "Esenler Erokspor"a qarşı oynamaq bizim üçün əhəmiyyətli oldu. Təəssüflər olsun ki, gəldiyimdən bu yana 7 rotasiya ilə oynayırıq. 5 legioner və 2 yerli basketbolçu ilə çıxış edirik. Hətta, mən yeni gələndə bu say zədəyə görə 4 idi. Bu da bizim işimizi çətinləşdirir. Çünki Avropa yarışında çıxış edirik, səyahətlər çoxdu. Yorğunluq yaranır".
O, oyunun əvvəlində istədikləri kimi mübarizə apardıqlarını söyləyib:
"Müdafiədə və hücumda yaxşı idik. Azarkeşlərə daha yaxşı oyun göstərmək istəyirdik. Yenə səfər oyunlarımız var. Liqada və Avropada oynayacağıq. Sonra iki həftəlik fasilə olacaq. Zədəlilərin də sıraya dönməsi ilə çıxış yaxalaya bilərik".
Qeyd edək ki, "Gəncə" - "Esenler Erokspor" qarşılaşması Türkiyə komandasının 97:66 hesablı qələbəsi ilə bitib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 04:31 Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib Digər ölkələr 04:27 Albaniya 2028-ci ildə NATO sammitinə ev sahibliyi edə bilər Digər ölkələr 04:02 İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb Komanda 03:56 Rumıniya ABŞ hərbi kontingentinin ölkədə genişləndirilməsini təklif edib Digər ölkələr 03:53 Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır Digər ölkələr 03:42 ABŞ-da ticarət nazirinin vəzifəsindən uzaqlaşdırılması müzakirə olunur Digər ölkələr 03:25 Tramp ABŞ müttəfiqlərini qorumaq üçün İrana qarşı güc tətbiqini istisna etməyib Digər ölkələr 02:35 Foto Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Yenilənib Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.