İdman24
Digər · APA Sport

Cabir Əmirli "Baku Sportinq"də

Azərbaycanın I Liqa təmsilçisi "Baku Sportinq" heyətini Premyer Liqa təmsilçiləri "Neftçi" və "Sumqayıt"ın sabiq müdafiəçisi Cabir Əmirli ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

29 yaşlı futbolçu adıçəkilən klublarla yanaşı, "İnter", "Keşlə", "Səbail" və "Mingəçevir"də də çıxış edib.

Orijinal mənbə

İdman24 əsas səhifə