Futbol · APA Sport
Mançesterdən Sumqayıta - ÇEMPİON DEBÜTANTA QARŞI

Misli Premyer Liqasında V tur davam edir.
Apasport.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutacaq.
Çempion "Sabah" debütant "Şəfa" ilə qarşılaşacaq.
"Bayquşlar" qələbə qazanaraq yenidən zirvəyə şərik çıxmaq niyyətindədir. Meydan sahibləri isə xal ehtiyatını yaxşılaşdırmaq arzusundadır.
Misli Premyer Liqası V tur 14 sentyabr 19:00. "Şəfa" – "Sabah"
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.