Formula 1 · F-1.az
S.Domenikali: Tamaşaçılar üçün ötmələr məlumatlardan daha vacibdir

Son bir neçə Formula 1 yarışının televiziya yayımlarından maşınların batareya səviyyəsini göstərən qrafika yoxa çıxdı. Bir çox azarkeş buna diqqət yetirdi, çünki yeni texniki reglamentin şərtlərində bu məlumat təkcə üstələmə anını deyil, ona nəyin səbəb olduğunu və bundan sonra mübarizənin necə inkişaf etdiyini də anlamağa kömək edir.