İdman24
Digər · APA Sport

Zaur Həşimov: “Gözləmədiyimiz səhvlər etdik”

Misli Premyer Liqasının VIII turunda "Şamaxı" "Şəfa"nı məğlub edib - 3:2.

Apasport.az xəbər verir ki, matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.

"Acınacaqlı məğlubiyyət oldu. Bütün məğlubiyyətlər adama pis təsir edir. Amma bu daha çox təsir etdi. Uşaqlar pis oynamadılar. Öz səhvlərmizdən qollar buraxdıq. Oyunumuzu detallı şəkildə təhlil etdikdən sonra məğlubiyyətin səbəbini biləcəyik".

- Hesabda öndə olsanız da, sonda uduzdunzu. Bunun səbəbi nədir? - 2:0 öndə olarkən fürsətləri dəyərləndirə bilımədik. Gözləmədiyimiz səhvlər etdik.

- Son dəqiqələrdə qapınıza verilən penalti barədə fikriniz necədir? - İsti-isti cavab vermək istəmirəm. Məncə, toxunuş var idi.

Orijinal mənbə

İdman24 əsas səhifə