İdman24
Digər · APA Sport

Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş keçirilib.

Apasport.az xəbər verir ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan veloyürüşdə Zəngilan şəhər məktəbinin, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının üzvləri iştirak ediblər.

Tədbirin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüşdə iştirak edən Zəngilan məktəblilərinə velosipedlər və qoruyucu dəbilqələr hədiyyə edilib.

Veloyürüşün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların idmana cəlb edilməsidir.

Bu cür tədbirlər, eyni zamanda, uşaqlar arasında dostluq və həmrəylik əlaqələrinin möhkəmləndirilməsinə, gənc nəslin Vətənə bağlılıq ruhunda yetişməsinə və Zəfər Gününün daşıdığı tarixi əhəmiyyətin daha dərindən dərk olunmasına töhfə verir.

Orijinal mənbə

İdman24 əsas səhifə