İdman24
Futbol · APA Sport

Premyer Liqada klubunu dəyişdi - RƏSMİ

“Çelsi” heyətini yeni müdafiəçi ilə gücləndirib.

Apasport.az xəbər verir ki, London klubu Fransa millisinin və “Kristal Pelas”ın üzvü Maksans Lakruanın transferini rəsmən açıqlayıb.

26 yaşlı futbolçu ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Lakrua ötən mövsüm “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 55 oyuna çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Müdafiəçi 2026-cı il dünya çempionatında da Fransa millisinin heyətində 3 matçda forma geyinib.

Orijinal mənbə

İdman24 əsas səhifə