Formula 1 · F-1.az
Azərbaycan-2026: Corc Rassell Böyük Dəbilqə ilə qələbə qazanıb

Madriddəki trasın uğursuz debütü fonunda Azərbaycan paytaxtındakı mərhələ əsl klassika təsiri bağışlayıb. Hamı Bakıda keçirilən mərhələdən nə gözlədiyini bilir, yarış onuncu dəfə baş tutub və hər dəfə gözləntiləri doğruldub. Səhvə güzəştə getməyən gözəl və mürəkkəb şəhər trasında maraqlı uik-end yaşanıb.