İdman24
Futbol · APA Sport

"Atletiko"nun futbolçusu A Seriyası klubunda - RƏSMİ

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi Madrid “Atletiko”sundan Nauel Molinanın transferini rəsmən açıqlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Transferin məbləği 18 milyon avro təşkil edib.

Qeyd edək ki, Argentina millisinin üzvü 2022-ci ilin yayından “Atletiko”da çıxış edirdi.

Orijinal mənbə

İdman24 əsas səhifə