Futbol · APA Sport
Premyer Liqa: Lider məğlub oldu

İngiltərə Premyer Liqasında VIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçı Birmingemdə baş tutub.
"Aston Villa" öz meydanında lider "Mançester Siti"ni sınağa çəkib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 21 xalla "Siti" rəhbərlik edir. Aktivində 11 xalı olan "Aston Villa" isə 6-cı sırada qərarlaşıb.