Digər · APA Sport
Millimiz toplanışa start verib

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası sentyabrın 3-də Bakıda təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Sentyabrın 9-dək davam edəcək hazırlıq çərçivəsində u-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq matçında qüvvəsini sınayacaq.
Görüşlər sentyabrın 6-da, saat 16:00-da və sentyabrın 9-da, saat 11:00-da "Dalğa Arena"nın ehtiyat meydanında keçiriləcək.