İdman24
Futbol · APA Sport

MPL: “Turan Tovuz” Suraxanı səfərində - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XI tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun mərkəzi görüşündə “Qarabağ” Suraxanada “Turan Tovuz”u qəbul edəcək.

“Köhlən atlar” Premyer Liqada keçirdiyi son üç matçda qələbə qazana bilməyib. Ağdam təmsilçisi bu uğursuz seriyaya son qoymağa çalışacaq.

“Turan Tovuz” isə ötən tur son çempion “Sabah”ı məğlub edib. Kurban Berdıyevin komandası bu dəfə də səfərdən xalla qayıtmağı hədəfləyir.

Görüşə saat 18:00-da start veriləcək.

18:00. "Qarabağ" – "Turan Tovuz" “Azersun Arena”

Orijinal mənbə

İdman24 əsas səhifə