İdman24
Futbol · Report İdman

Emin Əmrullayev SABAH proqramının tələbələri ilə görüşüb

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Emin Əmrullayev SABAH proqramının tələbələri ilə görüşüb Digər 22 oktyabr, 2026 10:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində (BANM) I və II kursda təhsil alan SABAH tələbələri ilə görüşüb.

Bu barədə "Report" a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə açılış nitqi ilə çıxış edən BANM-ın rektoru Elmar Qasımov SABAH proqramının ali təhsildə keyfiyyətin yüksəldilməsi və istedadlı gənclərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Rektor bildirib ki, hazırda Bakı Ali Neft Məktəbində 335 SABAH tələbəsi təhsil alır, həmçinin proqram çərçivəsində ilk dəfə doktorantura səviyyəsində təhsilə başlanılıb.

Elmar Qasımov BANM-ın yüksək akademik nəticələr göstərən tələbələrin seçimində ön sıralarda yer aldığını qeyd edib. İlk il 100 tələbə ilə fəaliyyətə başlayan ali təhsil müəssisəsində bu il tələbə qəbulunun 900-ə yaxınlaşdığını bildirən rektor növbəti iki ildə tələbə kontingentinin 5 min nəfərə çatdırılmasının hədəfləndiyini vurğulayıb.

Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək ali təhsil siyasətinin əsas prioritetləri, SABAH proqramının yaradılma məqsədləri və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Nazir bildirib ki, SABAH qruplarının yaradılmasında əsas məqsəd istedadlı və bacarıqlı tələbələri seçərək onlar üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq, eyni zamanda ali təhsil müəssisələrində sağlam rəqabət mühiti formalaşdırmaq olub.

Emin Əmrullayev qeyd edib ki, SABAH qruplarının fəaliyyəti ali təhsil müəssisələrində yeni akademik mühitin formalaşmasına, rəqabətin güclənməsinə və təhsil prosesinə yanaşmaların dəyişməsinə töhfə verib. Ötən ildən proqramın yeni mərhələsinə başlanılması da bu inkişafı sürətləndirmək və tələbələr üçün daha geniş imkanlar yaratmaq məqsədi daşıyır.

Elm və təhsil naziri SABAH proqramının gələcək liderlərin formalaşmasında roluna da diqqət çəkib. Müasir dövrdə tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməsinin, təşəbbüskarlığının və rəqabətqabiliyyətliliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. SABAH tələbələrinin üzərinə düşən məsuliyyətin daha böyük olduğunu bildirən Emin Əmrullayev yaradılan imkanlardan səmərəli istifadə edilməsinin, əldə olunan bilik və bacarıqları ölkənin inkişafına yönəldilməsinin vacibliyini qeyd edib.

Görüş qarşılıqlı sual-cavab formatında davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb, həmçinin onların fikir və təklifləri dinlənilib.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Эмин Амруллаев встретился с участниками программы SABAH --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:05 Mher Qriqoryan: Bu gündən TRIPP-in layihələndirilməsi işlərinə başlanılacaq Region 12:02 Marta Kos: Monteneqro Avropa İttifaqına üzvlük prosesində liderdir Xarici siyasət 11:54 AMB islam maliyyəsi üzrə qanunvericilikdə dəyişiklik edilməsini təklif edib Maliyyə 11:53 Putin Rusiya hökumətdə kadr dəyişiklikləri edib Region 11:53 Foto Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq Fərdi 11:53 Paşinyan Ermənistanın Aİİ ilə mövcud münasibətlərini çağırış adlandırıb Region 11:52 Foto Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər Sosial müdafiə 11:51 Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb Maliyyə 11:51 Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir Milli Məclis Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə