Futbol · APA Sport
La Liqa: “Real Sosyedad” “Selta” ilə bacarmadı

İspaniya La Liqasında VI turun bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, “Real Sosyedad” öz meydanında “Selta” ilə qarşılaşıb.
Gərgin keçən görüşdə tərəflər qapılara yol tapa bilməyiblər. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, “Real Sosyedad” 4 xalla turnir cədvəlinin 11-ci, “Selta” isə 2 xalla 16-cı pilləsində qərarlaşıb.