Digər · APA Sport
"İnter"də şok itki - MİLLİNİN OYUNLARINI QAÇIRACAQ

“İnter” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu bu səhər tibbi müayinədən keçib. Nəticələrə əsasən, Çalhanoğlunun sağ budunun adduktor əzələsində gərilmə aşkarlanıb.
“Sky Sport”un məlumatına görə, Çalhanoğlu “Roma” ilə oyunda forma geyinə bilməyəcək. Onun təxminən 3 həftəlik fasilədən sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
Türkiyə millisinin kapitanının UEFA Millətlər Liqasında Fransa, İtaliya və Belçikaya qarşı keçirilməsi planlaşdırılan matçları da buraxacağı bildirilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”in formasını geyinir.