27 Sentyabr – milli iradənin və fədakarlığın əbədi rəmzi

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 23° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia 27 Sentyabr – milli iradənin və fədakarlığın əbədi rəmzi Qarabağ 27 sentyabr, 2026 10:00 O günün səhəri böyüklü-kiçikli, qocalı-qadınlı hamımız üçün başqa cür açılmışdı. O gün böyüklü-kiçikli, qocalı-qadınlı hamımız qarabağlı idik həm də. Şirvandan Lənkərana, Qubadan Naxçıvana, Gəncədən Şəkiyə, Bakıdan Qarabağa uzanan bütöv Azərbaycan uğrunda hamının bir yumruq olduğu, yumruq altında və yumruq kimi birləşdiyi gün idi o gün.
27 sentyabr 2020-ci il… Azərbaycanın zəfər yürüşünün başladığı gün!
XX əsrin sonlarında Sovet İttifaqının süqutu ilə regionda yaranmış siyasi və hərbi qarışıqlıq fonunda Azərbaycanın Qarabağ bölgəsi və bir neçə ətraf rayon Ermənistanın işğalına məruz qaldı. Beləcə, Azərbaycan özünün tarixi torpaqlarının 20 faizi üzərində faktiki nəzarətini itirdi, milyona yaxın insan doğma yurdlarından didərgin düşdü.
Sonrakı illərdə Azərbaycan münaqişənin beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında həlli üçün müxtəlif səylər göstərdi, ümidini qorudu, onu ölməyə qoymadı, gözlədi. Müharibənin ən sərt üzünü görmüş, Xocalı, Başlıbel, Ağdaban, Meşəli boyda insan və insanlıq faciələrinə şahidlik etmiş, onun icra yerinə dönmüş Azərbaycanın, şübhəsiz, ədalətin bərqərar olmasına inanımını itirməməsi başadüşülən idi. Çünki dünyanın gözü önündə baş vermiş bu cür insanlıqdan uzaq müsibətlərə necəsə bir hüquqi qiymət verilməli idi.
Amma diplomatik çağırışlar cavabsız qaldı, uzun illər ərzində Azərbaycanın tarixi torpaqlarının qaytarılması ilə nəticələnmədi və beləcə, münaqişənin yaratdığı humanitar və siyasi yük Azərbaycan cəmiyyətinin həyatında qalmaqda davam etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrlə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilsə də, bu fakt tələbdən o yana keçmədi. Heç bir praktiki icra gerçəkləşmədi.
Beləliklə, 2020-ci ilin sentyabrına qədər Azərbaycan bir tərəfdən ərazi bütövlüyünün pozulmasının nəticələrini yaşayır, digər tərəfdən isə, beynəlxalq vasitəçilik prosesindən real nəticə gözləyirdi. İllərlə həllini tapmayan bu vəziyyət, cəbhə xəttində təkrarlanan gərginliklər və qarşıdurmalar 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsini qaçılmaz etdi.
Bu o müharibə idi ki, ona aparan yol bir günün, bir ayın deyil, onilliklərin həll olunmamış ağrılarından keçirdi.
Bu o müharibə idi ki, illərlə aparılan danışıqlar, səsləndirilən çağırış və bəyanatların icrasızlığından doğurdu.
Və bu o müharibə idi ki, öz yurduna qayıtmaq ümidi ilə yaşayan milyona yaxın insan üçün qayıdış zərurətini ehtiva edirdi.
44 günlük müharibə həm də uzun illər ərzində, bəlkə də, heç vaxt bu qədər aydın görünməyən xalq birliyini üzə çıxardı. Bu 44 gün Azərbaycan ordusu cəbhədə necə şücaət göstərdisə, Azərbaycan xalqı arxa cəbhədə oxşar şücaəti, oxşar birliyi göstərdi.
Bu birliyin siyasi mərkəzində isə, şübhəsiz, dövlət və onun rəhbərliyi dayanırdı. Prezident İlham Əliyev qətiyyətli siyasi duruşu ilə müharibənin gedişi, azad edilən yaşayış məntəqələri və Azərbaycanın mövqeyi barədə xalqa müraciətləri zamanı cəmiyyətə davamlı məlumat verirdi. Bir sözlə, cəbhədə ordunun hərbi əməliyyatları, arxa cəbhədə xalqın dəstəyi və diplomatik müstəvidə isə Prezident İlham Əliyevin idarəçiliyi eyni istiqamətdə eyni amal uğrunda birləşmişdi.
Həmin günlərin "Dəmir yumruq" obrazı da məhz bu birliyin, yəni dövlətin, ordunun və xalqın bir məqsəd ətrafında cəmlənməsinin rəmzini ifadə edirdi.
44 günlük Vətən müharibəsi həm də "Torpaq uğrunda ölən varsa, vətəndir" misrasının icra və təsdiq yeri idi. Azərbaycan Ordusunun irəlilədiyi hər qarışa, hər metrə, azad olunan hər kəndə, hər şəhərə, əlbəttə, qəhrəman oğullarımızın qanı, canı, şücaəti yazılırdı. Kədərlə sevincin vəhdətdə irəlilədiyi bu yolun adı həm də fədakarlıq idi: Azərbaycan xalqının fədakarlığı, Azərbaycan ordusunun fədakarlığı.
Və bu yol bizi öz ünvanımıza - mədəniyyət beşiyimiz Şuşaya çatdırdı. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm və həlledici məqamlarından biri idi. Şuşada Azərbaycan bayrağının dalğalanması artıq 30 il ərzində keçmiş zamanda danışdığımız Qarabağla gerçək, bugünkü Qarabağ arasındakı məsafənin yox olduğunu göstərirdi.
Şuşanın azad edilməsindən cəmi iki gün sonra, 10 noyabr 2020-ci ildə isə Azərbaycan, Ermənistan və Rusiya liderləri üçtərəfli Bəyanat imzaladılar və hərbi əməliyyatlar dayandırıldı. Sənəd Azərbaycan Ordusunun döyüş meydanında yaratdığı yeni reallığın siyasi təsbitinə çevrildi: tərəflər tutduqları mövqelərdə qalır, Ermənistan isə Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağı öhdəsinə götürürdü.
Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası demək idi. Beləcə, 44 gün davam edən müharibənin hərbi nəticəsi diplomatik sənədlə rəsmiləşdirildi və illərlə nəticəsiz qalan danışıqların həll edə bilmədiyi məsələlərdən bir qismi artıq konkret tarix və öhdəliklərlə müəyyənləşdirildi. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonu bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
Məhz bütün bunların yekununda 27 Sentyabrın mahiyyəti və tarixi çəkisi daha aydın görünür: bu gün bütöv, müstəqil, suveren və güclü Azərbaycan üçün milli birliyin, milli iradənin və Vətən qarşısında ortaq məsuliyyətin təcəssümüdür.
27 Sentyabr tarixi onilliklər, yüzilliklər sonra da gələcək nəsillərin yaddaşında Vətən uğrunda canından keçənlərin xatirəsini, onların fədakarlığı bahasına qazanılan Zəfəri və ən ağır məqamda vahid amal ətra