Formula 1 · APA Sport
Formula 1 Türkiyəyə qayıdır – 2027-ci ilin təqvimi

Formula yarışlarının 2027-ci il mövsümü üçün təqvimi açıqlanıb.
Apasport.az xəbər verir ki, Türkiyə uzun fasilədən sonra yenidən Formula 1 yarışına ev sahibliyi edəcək.
İstanbul mərhələsi oktyabrın 1-dən 3-dək keçiriləcək. Həmin həftəsonu Formula 1-lə yanaşı, Formula 2 və Formula 3 yarışları da təşkil olunacaq.
Yarışların İstanbul Park trasında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə sonuncu dəfə 2021-ci ildə Formula 1 Qran-prisinə ev sahibliyi edib. Həmin yarışı “Mercedes” pilotu Valtteri Bottas qazanıb.