İdman24
Futbol · APA Sport

“Arsenal”dan 64 milyonluq təklif: “Nyukasl” ulduzunu buraxmadı

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeş üçün rəsmi təklif göndərib.

Apasport.az xəbər verir ki, London klubu braziliyalı futbolçunun keçidi üçün “Nyukasl”a 55 milyon funt-sterlinq, yəni 64 milyon avro təklif edib.

Lakin “sağsağanlar” bu təklifi rədd edib. “Arsenal” 28 yaşlı yarımmüdafiəçi üçün yeni təklif hazırlayır.

Gimaraeşin qiymətinin DÇ-2026-dakı uğurlu çıxışından sonra artdığı bildirilir. O, mundialın qrup mərhələsində keçirdiyi 3 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Gimaraeş ötən mövsüm “Nyukasl”ın heyətində bütün turnirlərdə 41 matça çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Orijinal mənbə

İdman24 əsas səhifə