İdman24
Futbol · Report İdman

"Azərişıq": Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 17° C USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Azərişıq": Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq Energetika 06 oktyabr, 2026 12:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə "Azərişıq" ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərdə bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatını yeniləyir.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri Zirə Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində yerləşən qəsəbələri də əhatə edir.

Bildirilib ki, 2026-cı ilin Tədbirlər Planına əsasən ilin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzinin yaradılması nəzərdə tutulub. Onlardan artıq 5-i tam quraşdırılıb, şəbəkəyə qoşulması üçün hazır vəziyyətə gətirilib.

Yenidənqurma işləri çərçivəsində Qala qəsəbəsi Xaşaxuna bağları yaşayış massivində 250 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin 6 kV-luq yeraltı kabel xətləri və 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir, dayaqlar yenilənir.

Türkan qəsəbəsinin bir sıra yaşayış ərazilərində də 6 və 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Həmçinin müxtəlif gücdə 6/0.4 kV-luq KTM-lər quraşdırılır, sayğaclar yeniləri ilə əvəzlənir.

Aparılan yenidənqurma işləri Pirallahı və Dübəndi yaşayış məntəqələrini də əhatə edib. Pirallahı qəsəbəsində yeni SMS tipli sayğaclar quraşdırılıb, əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün müasir güc mərkəzləri yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq" ölkənin bütün regionlarında, həmçinin ən ucqar kənd və qəsəbələrdə belə yenidənqurma və əsaslı təmir işlərini davam etdirir.

"Azərişıq": Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Aqşin Rafiqoğlu Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:41 Paşinyan: TRIPP Cənubi Qafqazın iqtisadi transformasiyasının təməl daşı olacaq Region 12:39 "Bakı Fond Birjası"nın dövriyyəsi 34 %-dən çox azalıb Maliyyə 12:38 Maykl Olise millidə 1958-ci ildən bəri ən yaxşı göstəriciyə imza atıb Futbol 12:36 Foto Azərbaycan və Türkiyə standartlaşdırma üzrə birgə Fəaliyyət Planı imzalayıb Biznes 12:35 Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb Xarici siyasət 12:34 EBRD: "Özəl investisiyaları cəlb etmək üçün institusional çərçivə gücləndirilməlidir" İnfrastruktur 12:33 Foto Xarici jurnalistlər Astanada Daimi İmdad Məryəm Ana Kafedralını ziyarət ediblər Media 12:32 Dünya Bankı: Azərbaycan dayanıqlı iqtisadi artım üçün xidmət ixracına üstünlük verməlidir Biznes 12:31 Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə