İdman24
Digər · Report İdman

Rusiya Ali Məhkəməsinin sədrinə "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı təqdim edilib

İlham Əliyev Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rusiya Ali Məhkəməsinin sədrinə medal təqdim edilib Xarici siyasət 29 sentyabr, 2026 17:22 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədri İqor Krasnova medalın təqdim edib.

Bu barədə "Report" a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da Moskva şəhərində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Rusiya Ali Məhkəməsinin sədri İqor Krasnov arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin mühüm rolu qeyd olunub. İki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyəti prinsipləri əsasında inkişaf etdiyi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəminin mövcud olduğu vurğulanıb.

Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında uzun illər ərzində formalaşmış əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək qarşılıqlı hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə, təcrübə və məlumat mübadiləsi istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Görüş zamanı Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri, institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin hüquq təhsili və kadrların peşə hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bu xüsusda əlaqələrin genişləndirilməsi, birgə elmi-praktiki tədbirlərin, təlimlərin və təcrübə mübadiləsinin təşviqi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

İqor Krasnov azərbaycanlı həmkarları ilə konstruktiv münasibətlərin, möhkəm, etimada əsaslanan və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək keçirilən görüşün iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş çərçivəsində Kamran Əliyev İqor Krasnova "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalını təqdim edib.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Nəcməddin Quluzadə Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Председателю Верховного суда РФ вручена медаль USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 18:34 Foto Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib Hərbi 18:32 Aİ Suriyanın minalardan təmizlənməsi üçün 51 milyon avro ayıracaq Digər ölkələr 18:23 "Sumqayıt" heyətini amerikalı basketbolçu Aleks Holtla gücləndirib Komanda 18:19 Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub Xarici siyasət 18:18 AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun formalaşmasına əhəmiyyətli töhfə verir" Maliyyə 18:17 Foto Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Hərbi 18:04 Foto FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycanın U-15 millisi ilə görüşməsi barədə paylaşım edib Futbol 18:02 Daşkənddə "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq baxış" mövzusunda tədbir keçirilib Xarici siyasət 18:00 İraqı sonuncu İtaliya hərbçisi tərk edib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə