Futbol · APA Sport
“Liverpul”un sabiq üzvü karyerasını BAŞA VURDU

“Liverpul”un sabiq futbolçusu Konor Koudi peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, İngiltərə millisinin keçmiş müdafiəçisi 33 yaşında futboldan ayrılmaq qərarına gəlib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Koudi avqustun 31-də “Reksem”lə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra klubsuz qalmışdı.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan futbolçu əsas komandada iki oyun keçirib. Daha sonra “Şeffild Yunayted”, “Haddersfild”, “Vulverhempton”, “Everton”, “Lester”, “Reksem” və “Çarlton”un formasını geyinib.