Digər · APA Sport
Portuqaliya Superkubokunun qalibi müəyyənləşib - 25-ci dəfə

Portuqaliya Superkubokunun qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, həlledici görüşdə “Portu” ilə “Torrense” üz-üzə gəlib.
Matçın taleyini vurulan yeganə qol həll edib. “Portu”nun heyətində Viktor Frohold fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb.
Beləliklə, “Portu” tarixində 25-ci dəfə Portuqaliya Superkubokunun sahibi olub.