İdman24
Futbol · Report İdman

Azərbaycan komandası Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turnirinə qatılıb

İlham Əliyev Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan komandası Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turnirinə qatılıb Futbol 05 noyabr, 2026 11:49 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turnirinə qatılıb.

"Report" un Gürcüstan bürosu xəbər verir ki, yarışın ilk oyununda Azərbaycan və Türkiyənin vəkillər kollegiyalarının futbol komandaları qarşılaşıb.

Qarşılaşma başlamazdan əvvəl Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Hər iki komandanın üzvləri meydanda bir araya gələrək dövlət himnlərini birgə dinləyiblər. Ardınca qarşılaşmaya start verilib.

Tbilisidəki Nutsubidze Plato Futbol Mərkəzində reallaşan qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 3:4.

Noyabrın 7-də başa çatacaq turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan və Özbəkistanın vəkillər komandaları iştirak edir.

Turnirin ilk günündə həmçinin Gürcüstan və Özbəkistan komandaları üz-üzə gələcək.

Gürcüstan Vəkillər Kollegiyasının təşkil etdiyi yarışın əsas məqsədi müxtəlif ölkələrin vəkilləri arasında dostluq və peşəkar əlaqələrin möhkəmləndirilməsi, yeni peşəkar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.

Qeyd edək ki, turnir ilk dəfə Gürcüstanda keçirilir. Yarış 2019-cu ildə Bakıda keçirilmiş Cənubi Qafqaz Vəkillərinin beynəlxalq futbol turnirinin davamı hesab olunur. Gürcüstan Vəkillər Kollegiyası hazırkı yarışı rəsmi olaraq Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turniri kimi təqdim edir.

Turnir Gürcüstanda hər il 8 noyabrda qeyd olunan Vəkil Peşəsi Gününə həsr edilib. Yarışın finalı və üçüncü yer uğrunda oyun noyabrın 7-də keçiriləcək.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Ruslan Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 18° C Son xəbərlər 12:35 Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Biznes 12:34 Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb Futbol 12:34 Turqay Türkyılmaz: "Türkiyə tarixinin ən yüksək balıq istehsalı həcminə nail olunub" ASK 12:32 Himalay Məmişov: "Azərbaycanda sosialyönümlü xərclər 2023–2027-ci illərdə 30 % artıb" Maliyyə 12:31 BMT rəsmisi: Dövlət institutlarına inamın artırılması olduqca mühüm məsələdir Xarici siyasət 12:29 Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb Media 12:26 DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb Hadisə 12:26 Sabah yağış yağacaq - Proqnoz Ekologiya 12:23 Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə