Digər · APA Sport
“Yunayted”in kapitanının evi qarət olunub - ÇL MATÇI ZAMANI

İngiltərə Premyer Liqasında çıxış edən “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin evindən oğurluq edilib.
Apasport.az xəbər verir ki, hadisə UEFA Çempionlar Liqasında “Komo” ilə səfər matçı zamanı baş verib.
Polis kimliyi müəyyənləşdirilməyən üç şübhəli şəxslə bağlı məlumat aldıqdan sonra hadisə yerinə gəlib. Araşdırma zamanı evdən çoxlu sayda əşyanın oğurlandığı müəyyən edilib.
Klubun açıqlamasında hadisə baş verən zaman Fernandeşin ailəsinin evdə olmadığı bildirilib.
Qeyd edək ki, "Komo" - "Mançester Yunayted" matçı ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.