İdman24
Digər · APA Sport

Tuxel Bellinghamın İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Cud Bellinghamın gələcəkdə komandanın daimi kapitanı ola biləcəyini bildirib.

Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssis “Real”ın yarımmüdafiəçisinin Çexiya ilə UEFA Millətlər Liqasındakı oyunun sonlarında kapitan sarğısını daşımasına diqqət çəkib.

“Bellingham gələcəkdə millinin kapitanı ola bilərmi? Bəli. Əgər o, belə matçların sonunda kapitan sarğısını daşıyırsa, əlbəttə, daimi kapitan da ola bilər”, – deyə Tuxel bildirib.

İngiltərə həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Bellingham Çexiya ilə qarşılaşmanın 71-ci dəqiqəsində Harri Keyni əvəzləyib və kapitan sarğısını ondan təhvil alıb.

Orijinal mənbə

İdman24 əsas səhifə