Premyer Liqa və kubokun tam təqvimi – Mövsüm avqustun 14-də başlayacaq

Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2026/2027 mövsümü üçün tam təqvimi açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Yeni mövsümə avqustun 14-də start veriləcək. Premyer Liqanın ilk turunun oyunları 14-17 avqust tarixlərində keçiriləcək.
I turda aşağıdakı qarşılaşmalar baş tutacaq:
"Turan Tovuz" – "Qəbələ" "Qarabağ" – "Şamaxı" "Kəpəz" – "Sabah" "Sumqayıt" – "Neftçi" "Araz-Naxçıvan" – "İmişli" "Zirə" – "Şəfa"
Çempionat üç dövrədən və ümumilikdə 33 turdan ibarət olacaq. Mövsümün son turunun oyunları 21-23 may 2027-ci ildə keçiriləcək.
Azərbaycan Kubokuna isə oktyabrın 7-8-də start veriləcək. İlk təsnifat mərhələsində yalnız II Liqa klubları mübarizə aparacaqlar. Turnirin 1/8 final oyunları dekabrın 1-2-də, 1/4 final qarşılaşmaları fevralda, yarımfinal görüşləri mart və aprel aylarında baş tutacaq.
Azərbaycan Kubokunun finalı 2027-ci il mayın 12-də keçiriləcək.
Premyer Liqada 11-ci yeri tutacaq komanda ilə I Liqanın ikincisi arasında pley-off matçı isə mayın 28-də neytral meydanda təşkil olunacaq.
Qeyd edək ki, PFL avrokuboklarda iştirak edən Azərbaycan klublarının oyunlarını nəzərə alaraq, turun təqvimində qarşılaşmaların vaxtını bir gün dəyişmək hüququna malikdir.
18-19 avqust: Çempionlar Liqası (ÇL), pley-off mərhələsi, ilk oyunlar
20 avqust: Avropa Liqası (AL) və Konfrans Liqası (KL), pley-off mərhələsi, ilk oyunlar
25-26 avqust: ÇL, pley-off mərhələsi, cavab oyunları
27 avqust: AL və KL, pley-off mərhələsi, cavab oyunları
8-10 sentyabr: ÇL, liqa mərhələsi, I tur
"Araz-Naxçıvan" - "Turan Tovuz"
16-17 sentyabr: AL, liqa mərhələsi, I tur
Milli komandalar üçün pəncərə (21 sentyabr – 6 oktyabr)
23 sentyabr: YO, Azərbaycan – Tacikistan
25 sentyabr: U-21, AÇSO, Azərbaycan - Çexiya
27 sentyabr: ML, Litva – Azərbaycan
30 sentyabr: U-21, AÇSO, Şotlandiya - Azərbaycan
1 oktyabr: ML, Azərbaycan – Lixtenşteyn
4 oktyabr: ML, Azərbaycan – Litva
6 oktyabr: U-21, AÇSO, Azərbaycan – Cəbəllütariq