İdman24
Futbol · Report İdman

Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq mərhələsi üçün hüquqi zəmin yaradıb - RƏY

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq üçün hüquqi zəmin yaradıb - RƏY Daxili siyasət 20 sentyabr, 2026 09:30 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları 44 günlük Vətən müharibəsinin məntiqi davamı olmaqla yanaşı, Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi siyasi, diplomatik, iqtisadi və hərbi strategiyanın nəticəsi idi.

Bunu "Report" a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Deputat qeyd edib ki, 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsinin bərpası ilə başlayan proses 2023-cü ilin sentyabrında suverenliyin tam təmin olunması ilə başa çatıb:

"Əslində, 44 günlük müharibənin noyabrda dayandırılması Azərbaycanın şüurlu seçimi idi. Dövlət başçımızın da söylədiyi kimi, o vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. 2020-ci il noyabrın 10-da əldə olunmuş razılaşmadan sonra Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qanunsuz silahlı birləşmələrinin fəaliyyəti bölgədə təhlükəsizlik baxımından ciddi təhdidlər yaradırdı. 2023-cü il aprelin 23-nə - Laçın sərhəd-nəzarət buraxılış məntəqəsi qurulana qədər Ermənistan istehsalı olan minalar Azərbaycan ərazilərinə daşınır, müxtəlif təxribatlar üçün planlar cızılırdı. Amma Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllinə üstünlük verdi, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiyası üçün müxtəlif imkanlar təklif etdi".

N. Məmmədova bildirib ki, buna baxmayaraq, separatçı strukturların fəaliyyəti, qanunsuz silahlanma və hərbi təxribatlar davam edib:

"Təsadüfi deyil ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırdı. Bu halda antiterror tədbirlərinin dayandırılacağını bəyan etdi. Eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı".

Əməliyyatın cəmi 23 saat davam etdiyini diqqətə çatdıran Milli Məclisin üzvü Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsində yerləşən birləşmələri və qanunsuz silahlı dəstələrin silahı yerə qoyduğunu, döyüş mövqelərindən və hərbi postlardan çıxdığını və tam tərk-silah olunduğunu qeyd edib:

"Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı. Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq mərhələsinin tam şəkildə genişlənməsi üçün hüquqi və siyasi zəmin yaratdı".

"Üç il əvvəl Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı ilə ölkənin bütün ərazisində dövlət qanunlarının tətbiqi təmin edildi. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər yaşayış məntəqələrində ucaldıldı. 20 sentyabr Azərbaycan Dövlət Suverenliyi günü elan edildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq", - deputat fikirlərini yekunlaşdırıb.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Xəbərlər Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано MP says 2023 operation created basis for new reconstruction stage USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 12:14 Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb Futbol 12:13 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Ekologiya 12:01 Çin şirkəti "Kinetica-1" daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb İKT 12:00 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Daxili siyasət 11:49 Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək Fərdi 11:35 Video DİN: Tarixi missiya uğurla yerinə yetirildi Daxili siyasət 11:25 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib Xarici siyasət 11:24 Braziliyalı hücumçu Rafinya "Barselona"nın tarixinə düşüb Futbol 11:19 Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə