Futbol · APA Sport
DÇ-2026: 1/16 final - Portuqaliya-Xorvatiya

DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü bəlli olub.
Apasport.az xəbər verir ki, pley-offun ilk raundunda Portuqaliya və Xorvatiya milliləri üz-üzə gələcək. Bu cütlük qrup mərhələsinin yekunlarına əsasən formalaşıb.
Qeyd edək ki, Portuqaliya K qrupunu ikinci pillədə başa vurub. Xorvatiya isə L qrupunda 2-ci yeri tutaraq 1/16 finala yüksəlib.