Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyyed Abbasi: "Rəqiblərimiz güclüdür, amma ümidsiz deyilik"

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 16° C USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyyed Abbasi: "Rəqiblərimiz güclüdür, amma ümidsiz deyilik" Komanda 19 noyabr, 2026 14:34 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1-ci təsnifat mərhələsindəki rəqibləri güclü olsa da, kollektiv ümidsiz deyil.
Bunu "Report" a açıqlamasında yığmanın baş məşqçisi Cahangir Seyyed Abbasi deyib.
Mütəxəssis 3 ay əvvəl formalaşdırılmasına baxmayaraq, komandada yüksək mübarizə ruhunun olduğunu bildirib:
"İlk növbədə bütün Azərbaycan xalqını, xüsusilə də voleybolsevərləri salamlayıram. Bu heyət bir qədər gec formalaşıb. Çünki ölkəmizdə uşaqlar voleybola gec yaşlarında başlayırlar. Komandanı 3 ay əvvəl yığmışıq. Buna baxmayaraq, oyunçularda yüksək kollektiv və mübarizə ruhu yarada bilmişik. Bundan başqa, yeniyetmələr texniki, taktiki və komanda oyunu baxımından da yaxşı vəziyyətdədirlər. Düzdür, rəqiblərimiz güclüdür, onlar voleybol ölkələridir. Amma heç də ümidsiz deyilik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq və buna nail olacağımıza, gözlədiyimiz nəticəni qazanacağımıza inanırıq".
Qeyd edək ki, Latviyanın paytaxtı Riqada təşkil olunan Avropa çempionatının 1-ci təsnifat mərhələsinin B qrupunda yer alan Azərbaycan millisi meydan sahibləri və Finlandiya kollektivləri ilə qarşılaşacaq. Yığma ilk oyununu bu gün saat 20:00-da Latviya seçməsinə qarşı keçirəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 01:45 Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub Digər ölkələr 01:19 Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb Digər ölkələr 00:50 Foto Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib Xarici siyasət 00:35 Foto Video Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var Hadisə 00:26 Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6 Region 00:19 Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm Digər ölkələr 00:05 Qarakənd faciəsindən 35 il ötür Daxili siyasət 00:00 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:56 Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.