Formula 1 · F-1.az
Ferstappen: Lousonun yerində olsaydım, daha ağıllı davranardım

Maks Ferstappen Mexikoda cümə məşqlərini beşinci nəticə ilə başa vurub, lakin liderdən geriliyin o qədər də böyük olmaması - 0.3 saniyədən bir qədər çox olması səbəbindən buna ciddi məyus olmayıb. Dördqat dünya çempionu həmçinin trasda özü ilə Racing Bulls komandasının sürücüsü Louson Liam arasında baş vermiş insidenti də şərh edib.