İdman24
Futbol · Report İdman

"Araz-Naxçıvan"ın futzalçısı Fərid Ələkbərov: "Təcrübəsizlik üstünlüyü qorumağa imkan vermədi"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 16° C USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Araz-Naxçıvan"ın futzalçısı Fərid Ələkbərov: "Təcrübəsizlik üstünlüyü qorumağa imkan vermədi" Futbol 29 oktyabr, 2026 10:36 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Təcrübə çatışmazlığı "Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının ikinci görüşündə həlledici amil olub.

"Report" xəbər verir ki, bu barədə komandanın üzvü Fərid Ələkbərov açıqlama verib.

Futzalçı Bosniya və Herseqovinanın "Buba Mara" kollektivinə uduzduqları (3:5) qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Onların əsas oyunçusu Pereç qırmızı vərəqə aldığına görə I turda "Piast"la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik. İstər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komanda yaxşı tərəfdən seçilirdi".

F.Ələkbərov hesab 2:2 olarkən boş qapıya düşə bilmədiklərini söyləyib:

"Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər. Bizim bir gün əvvəl yendiyimiz "Uypest" meydan sahibi və qrupun əsas favoriti hesab edilən "Piast"la heç-heçə etdi. Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər. "Araz-Naxçıvan" bu ildən sırf yerli futzalçılardan – millinin üzvlərindən qurulub. Açığı, onların belə mübarizə aparacaqlarını gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər".

Qeyd edək ki, "Araz-Naxçıvan" qrupun ilk oyununda "Uypest"i 5:4 hesabı ilə yenib. Komanda sabah – oktyabrın 30-da "Piast"la üz-üzə gələcək. Oyun saat 22:00-da start götürəcək.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 16° C Son xəbərlər 12:39 İRİA: Startapların əsas problemlərindən biri maliyyəyə əlçatanlığın artırılmasıdır İKT 12:39 Arzu Nağıyev: Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir Milli Məclis 12:39 Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası azaldılıb Hadisə 12:37 Sabah Bakıda hava yağmursuz olacaq Ekologiya 12:34 Əli Hüseynli: Korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazası daim təkmilləşir Milli Məclis 12:30 Azərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb Maliyyə 12:27 SOCAR-ın idarəsi 9 ayda qeyri-neft ixracından 251 milyon dollar gəlir əldə edib Energetika 12:27 Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq Maliyyə 12:26 Foto Ceyhun Bayramov: TDT-yə BMT BA-da müşahidəçi statusunun verilməsi üçün diplomatik səyləri artırmalıyıq Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə