İdman24
Futbol · APA Sport

Ronaldo növbəti rekordu qırdı - DÇ pley-offlarının ən yaşlısı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatlarında yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 41 yaş 147 günlük ulduz futbolçu DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı start heyətində meydana çıxıb.

Bununla Ronaldo mundialın pley-off oyunlarında iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Ronaldo DÇ-2026-da daha əvvəl 41 yaş 132 günlüyündə qrup mərhələsində meydana çıxaraq dünya çempionatları tarixində start heyətində yer alan ən yaşlı futbolçu rekordunu da yeniləmişdi.

Orijinal mənbə

İdman24 əsas səhifə