İdman24
Futbol · Report İdman

Xocavəndə gələn beynəlxalq səyyahlara Azıx mağarası haqqında ətraflı məlumat verilib

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Xocavəndə gələn beynəlxalq səyyahlara Azıx mağarası haqqında ətraflı məlumat verilib Qarabağ 08 oktyabr, 2026 10:52 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Xocavənd rayonu ərazisindəki Azıx mağarasını ziyarət edən beynəlxalq səyyahlara mağaranın tarixi barədə geniş məlumat verilib.

"Report" un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunnası İnkişafı və bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Nihat Rəhimli Azıx mağarasının Cənubi Qafqazın ən böyük əhəngdaşı mağarası və Avrasiyanın ən qədim insan məskənlərindən biri olduğunu bildirib.

Onun sözlərinə görə, 1960-cı ildən Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılmış tədqiqatlar nəticəsində mağarada ümumi qalınlığı 14,5 metr olan 10 mədəni təbəqə, minlərlə daş alət və fauna qalığı aşkar edilib:

"Mağarada insan məskunlaşmasının izləri təxminən 1,2 milyon il əvvələ aid edilir. 1968-ci ildə tapılmış, 300–400 min il əvvələ aid qədim insanın (Azıxantrop) alt çənə sümüyü fraqmenti, habelə 700–500 min il əvvələ aid daş divarla əhatələnmiş ocaq xüsusi elmi əhəmiyyətə malikdir".

N.Rəhimli işğal dövründə mağarada ermənilər tərəfindən qanunsuz qazıntı işlərinin aparıması barədə faktları da qonaqların diqüətinə çatdırıb:

"İşğal dövründə, 2002-ci ildən etibarən, Ermənistan arxeoloqları tərəfindən mağarada xarici tədqiqatçıların iştirakı ilə Azərbaycanın razılığı olmadan qazıntılar aparılıb, əldə olunan tapıntılar Ermənistana aparılıb. Bu hərəkətlər 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il İkinci Protokolunun və Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyasının tələblərinə ziddir. Hazırda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası üçüncü ildir ki, tədqiqatları davam etdirir. Ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı, daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci girişində (Azıx 2) əvvəllər məlum olmayan geniş qalereya aşkar edilib, 2025-ci ildə III təbəqədən götürülmüş nümunələr OSL (Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min il əvvələ tarixlənib. Mağara 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına (Tentative List) daxil edilib".

Qeyd edək ki, beynəlxalq səyyahların səfəri dünyaşöhrətli "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin başçılığı ilə həyata keçirilir. Bu dəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir. Səfər proqramına əsasən, səyyahlar Azərbaycanın qədim tarixini özündə əks etdirən Alban məbədlərini də ziyarət edəcəklər.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Международным путешественникам рассказали об Азыхской пещере --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 11:51 Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub Xarici siyasət 11:47 Foto Video İstanbulda çökən binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb - YENİLƏNİB Region 11:46 Şlapaçenko: BMT Qarabağda Azərbaycan hökuməti ilə strateji dialoq keçirəcək Xarici siyasət 11:42 Berdiməhəmmədov: Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək Xarici siyasət 11:40 Banqladeşli səyyah: Qarabağda bərpa işlərinin tempini və miqyasını görmək xoşdur Qarabağ 11:40 Berdiməhəmmədov: Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır Xarici siyasət 11:39 Foto "Azərkosmos" və Beynəlxalq Kosmik Hüquq İnstitutu əməkdaşlıq memorandumu imzalayıb İKT 11:38 Foto Jurnalistlər AFFA tərəfindən yeni inşa olunan Hövsan Yarış Kompleksi ilə tanış olublar Futbol 11:37 Mirziyoyev: Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə