İdman24
Digər · APA Sport

Lozannada 14 cüdoçumuz mübarizə aparacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28–30 avqust tarixlərində İsveçrənin Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Onlardan 10-u kişi, 4-ü qadın cüdoçudur.

Millimizin hazırlığına kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edəcək.

Üç gün davam edəcək turnirdə 78 ölkədən 518 cüdoçunun – 309 kişi və 209 qadının iştirakı gözlənilir.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

52 kq Gültac Məmmədəliyeva Leyla Əliyeva

66 kq Turan Bayramov Ruslan Paşayev

73 kq Kamran Süleymanov Rəşid Məmmədəliyev

81 kq Ömər Rəcəbli Vüsal Qələndərzadə

+100 kq Kənan Nəsibov Uşanqi Kokauri

Orijinal mənbə

İdman24 əsas səhifə