Digər · APA Sport
Brahim Diaz zirvədə - Dünya çempionatında ilk afrikalı oldu

Mərakeş millisinin futbolçusu Brahim Diaz DÇ-2026-da tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi dünya çempionatları tarixində bir turnirdə 4 qol ötürməsi edən ilk afrikalı futbolçu olub.
Diaz bu məhsuldar ötürmələrdən birini qrup mərhələsində Braziliya ilə oyunda, birini 1/16 finalda Niderlanda qarşı, ikisini isə 1/8 finalda Kanada ilə görüşdə edib.
Qeyd edək ki, Mərakeş Kanadanı 3:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib.