İdman24
Döyüş İdmanı · Report İdman

Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionatının yarımfinalına yüksəlib

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 13° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionatının yarımfinalına yüksəlib Fərdi 21 noyabr, 2026 11:20 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinin ilk günündə Azərbaycan millisinin 2 üzvü yarımfinala yüksəlib.

"Report" un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev Brandon Hinea Kollasosla (İspaniya) üz-üzə gəlib.

Döyüş hakimlərin yekdil qərarı ilə Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Aşırəliyev yarımfinalda Qavin Rayanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.

Nicat Alırzayev (70 kq) da növbəti qələbəsini qazanıb. Yığma üzvü 3-cü raundda Miloş Roqanoviçi (Monteneqro) tam üstünlüklə məğlub edib. O, finala gedən yolda Cemal Cemmalla (Fransa) qarşılaşacaq.

Hər iki boksçu yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı da təmin edib. Bu mərhələnin görüşləri noyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı çempionata noyabrın 24-də yekun vurulacaq. Yarışda bu gün daha 2 Azərbaycan boksçusu 1/4 final döyüşünə çıxacaq.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 04:05 Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb Digər ölkələr 03:37 Foto Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb Region 03:11 WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib Digər ölkələr 02:36 Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib Digər ölkələr 02:12 "Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb Futbol 01:44 İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib - Yenilənib Region 01:22 Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub Digər ölkələr 01:02 Foto Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib Region 00:45 Fransada keçirilən etirazlarda 144 nəfər saxlanılıb - Yenilənib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə