İdman24
Futbol · APA Sport

“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO

İspaniyanın “Barselona” futbol klubunun üzvləri Bakıya gəlib.

Apasport.az xəbər verir ki, komandanın üzvlərini gətirən təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Futbol klubunun üzvlərini hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, “Barselona” noyabrın 25-də UEFA Çempionlar Liqası çərçivəsində Bakıda “Sabah” klubu ilə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə