İdman24
Digər · Report İdman

Selcan Mahsudova: "Dünya Kubokunda qızıl medal qazanmaq özümə inamımı bir qədər də artırdı"

İlham Əliyev Zəfərə gedən yol Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Selcan Mahsudova: "Dünya Kubokunda qızıl medal qazanmaq özümə inamımı bir qədər də artırdı" Fərdi 20 oktyabr, 2026 15:02 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Dünya Kubokunda qızıl medal qazanmaq batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudovanın özünəinamını bir qədər də artırıb.

Bu barədə "Report" a 23 yaşlı idmançı açıqlama verib.

O, Almaniyanın Kotbus şəhərində keçirilmiş turnirlə bağlı təəssüratlarını bölüşüb:

"Dünya çempionatı öncəsi belə bir nəticə əldə etmək məni çox sevindirdi və özümə inamımı bir qədər də artırdı. Dünya Kubokunda ilk dəfə deyil ki, qızıl medal qazanıram. Buna baxmayaraq, hər bir medal mənim üçün çox önəmlidir. Bu, iki qızıl medal qazandığım ilk Dünya Kuboku idi. Həm fərdi, həm də qarışıq sinxron proqramda birinci oldum".

S.Mahsudova iki həftə sonra dünya çempionatının başlayacağını xatırladıb:

"İl ərzində əsas hazırlığı məhz bu yarışa yönəltmişik. Məqsədim dünya çempionatında medal qazanmaqdır. Dünya Kuboku seriyasında qarışıq sinxron proqram üzrə qalib olmaq bizim üçün ilkdir. Bu, çox sevindirici nəticədir. Qarşıdakı əsas hədəfimiz dünya çempionatında medal qazanmaqdır".

Xatırladaq ki, Selcan Mahsudova fərdi proqramda 55.540 xalla qızıl mükafata sahib çıxıb. Bundan əlavə, Maqsud Mahsudov və Selcan Mahsudova mövsüm ərzində nümayiş etdirdikləri sabit nəticələrlə qarışıq sinxron proqramında qızıl medal qazanıblar.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 15:36 Ev, otaq yoldaşı və usta — bir ünvanda: Birev.az Sosial müdafiə 15:27 Foto Video "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Hərbi 15:23 Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib ASK 15:22 Rubio: ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi siyasəti dəyişməyib Digər ölkələr 15:15 Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər Region 15:14 ABŞ-də sorğu: Əhalinin 33 %-i uğursuz edamın təkrarlanmasını müdafiə edir Digər ölkələr 15:13 "Leonardo Art School" və "MiniBoss Business School" uşaqlar üçün birgə təhsil proqramına start verib Biznes 15:10 AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb Fərdi 15:08 "Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə