Vaqif Cavadov: "U-15 dünya çempionatında nəticə yox, futbolçuların inkişafı önəmlidir"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Vaqif Cavadov: "U-15 dünya çempionatında nəticə yox, futbolçuların inkişafı önəmlidir" Futbol 27 oktyabr, 2026 16:31 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında əsas məqsəd nəticə deyil, futbolçuların inkişafıdır.
Bunu "Report" a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.
O, turnirin gənc oyunçular üçün böyük təcrübə olduğunu vurğulayıb:
"Bilirsiniz ki, bu yaş qrupunda matçlar çox ölkədə 11-in 11-ə keçirilir. Amma ilk dəfədir ki, 8-in 8-ə formatında dünya çempionatı təşkil olunur. Bəlkə də bu nüans komandamıza müəyyən dərəcədə mane oldu. Digər tərəfdən, müxtəlif millilərlə hər gün oynamaq böyük təcrübədir. Bu, çatışmayan cəhətlərimizi görməyə imkan verir. Belə yarışlar nə qədər çox olsa, futbolçularımızın inkişafı üçün bir o qədər faydalıdır".
V.Cavadov nəticənin vacib olmadığını söyləyib:
"Məncə, bu yaş qrupunda nəticə çox da önəmli deyil. Əsas məsələ futbolçuların potensialını artırmaq, onların inkişafına nail olmaqdır. Çünki yarışda müxtəlif qitələrdən gələn fərqli komandalar var və onların futbolunun hansı səviyyədə olduğunu izləmək maraqlıdır. Önəmli olan bundan sonrakı addımlardır. İnanıram ki, milli komandamız gələcəkdə daha yaxşı işlər görəcək".
Sabiq hücumçu turnirin digər qarşılaşmalarını izlədiyini də diqqətə çatdırıb:
"Braziliya, Fransa, Türkiyə, Argentina, Rusiya və digər ölkələrin matçlarına baxmışıq. Çox maraqlı oyunlar keçirilir. Bəzi komandalar daha çox inkişaf etmək üçün yarışa qatılıblar. Strategiyalarını da buna uyğun qururlar. Bir neçə il əvvəllə müqayisədə infrastruktur baxımından da böyük inkişaf var. Həmçinin Azərbaycanın hazırkı U-15 komandasını bir neçə il əvvəlki kollektivlərlə müqayisə etsək, inkişaf olduğunu görərik. Bu da gələcəyimiz üçün faydalıdır".
Qeyd edək ki, C Divizionunun 1/16 final mərhələsində Famil Xəlilovun baş məşqçisi olduğu Azərbaycan millisi oktyabrın 28-də Hövsan Yarış Kompleksində Çili seçməsi ilə üz-üzə gələcək. Saat 11:30-da başlayacaq qarşılaşmanın qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə qarşılaşacaq.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Вагиф Джавадов: Участие в ЧМ U-15 дает юным футболистам колоссальный опыт --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 18:37 Foto Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Qarabağ 18:35 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Energetika 18:33 Foto Naxçıvan Ali Məclisinin nümayəndələri Avropa Şurası Konqresinin 51-ci sessiyasında iştirak edirlər Xarici siyasət 18:28 Qaya Məmmədov: Aİ TRIPP-i dəstəkləməli, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməlidir Xarici siyasət 18:27 Foto Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb Xarici siyasət 18:27 Fərhad Hacıyev: Gənclərin liderlik potensialının inkişafı Azərbaycanın prioritetlərindən biridir Xarici siyasət 18:24 Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub Fərdi 18:24 İsraildə parlament seçkilərində seçici fəallığı 2022-ci ilin göstəricilərini üstələyib Digər ölkələr 18:14 Dələduzluqda təqsirləndirilən Azərbaycanın Sankt-Peterburuqdakı sabiq baş konsulu özünü təqsirli bilmir Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.