İdman24
Futbol · Report İdman

Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov: "Qazandığımız hər bir xal qızıla bərabərdir"

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 12° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov: "Qazandığımız hər bir xal qızıla bərabərdir" Futbol 06 noyabr, 2026 11:47 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan futzal millisinin DÇ-2028-in əsas mərhələsində qazandığı hər bir xal qızıla bərabərdir.

Bunu "Report" a açıqlamasında yığmanın kapitanı Emin Kürdov deyib.

Təcrübəli qolkiper qarşılaşmanın gərgin keçdiyini bildirib:

"Oyunun gərgin olacağını bilirdik. Çünki səfərdəki matçda minimal hesabla uduzmuşduq. Bölgədə ilk dəfə millinin rəsmi oyunu keçirildi və bu, bizim üçün tarixi an oldu. Çexiya Avropa çempionatının iştirakçısı olan güclü komandadır. Çox çətin qrupa düşmüşük. Buna baxmayaraq, matça yaxşı başladıq. Birinci hissədə öndə idik, sonradan geriyə düşsək də, hesabı bərabərləşdirdik. Komandada yeni nəsil formalaşır. Belə görüşlərdə qazanılan hər bir xal qızıla bərabərdir. Uşaqlar sonadək döyüşdülər, mən də təcrübəmlə komandama kömək etməyə çalışdım. Əziyyətlə 1 xalı əldə etdik".

E.Kürdov Latviya ilə keçiriləcək növbəti matç barədə də fikirlərini bölüşüb:

"Artıq Bakıdayıq və Latviya ilə matça hazırlaşırıq. Rəqib son görüşündə Çexiya ilə 3:3 hesablı heç-heçə edib. Onlar da güclü, Avropa çempionatında özünü yaxşı tərəfdən göstərən kollektivdir. Amma arzumuz Bakıda qələbə qazanmaq və qrupdakı mövqeyimizi yaxşılaşdırmaqdır".

O, Lənkərandakı azarkeş dəstəyini yüksək qiymətləndirib:

"Lənkəran azarkeşlərinə xüsusi təşəkkür edirəm. Bizə çox böyük, möhtəşəm dəstək göstərdilər. Oyunun bölgədə keçirilməsi çox gözəl idi. Lənkəranlı azarkeşlərin futbolu nə qədər sevdiyinə bir daha şahid olduq".

Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan Azərbaycan - Çexiya görüşü 2:2 hesabı ilə yekunlaşıb. Millimiz növbəti matçını noyabrın 8-də Bakıda Latviya yığmasına qarşı keçirəcək.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 12:32 Ermənistan Rusiyanın məhdudiyyətlərinə görə ixracatçılara təxminən 40 milyon dollar ayırıb Region 12:31 Anar Axundov: Azərbaycan iqtisadiyyatında şaxələndirmə siyasəti öz bəhrəsini verir - Əlavə olunub Daxili siyasət 12:27 Nazir müavini: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir Biznes 12:26 Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı uzadıb Energetika 12:23 Sabah yağış yağacaq, şimşək çaxacaq Ekologiya 12:23 Foto AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir İnfrastruktur 12:20 Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb Futbol 12:19 Lotereya və mərc oyunlarına alternativ vergi rejimi tətbiq ediləcək Biznes 12:17 Nicat İmanov: "ƏDV depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək" Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə