Millətlər Liqasında III tur – İtaliya Fransaya qarşı - YENİLƏNİR

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, oktyabrın 2-də A, B və C Liqalarında ümumilikdə 10 qarşılaşma baş tutacaq.
Günün diqqət mərkəzində olan qarşılaşmalarından biri A Liqasının 1-ci qrupunda keçiriləcək. Fransa millisi doğma meydanda İtaliyanı qəbul edəcək. Eyni qrupun digər görüşündə Belçika Türkiyə ilə üz-üzə gələcək.
B Liqasında Macarıstan Gürcüstanı, Ukrayna Şimali İrlandiyanı qəbul edəcək. Bosniya və Herseqovina İsveçlə, Polşa isə Rumıniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
C Liqasında da dörd qarşılaşma keçiriləcək.
UEFA Millətlər Liqası – III tur
23:45 “Macarıstan” – “Gürcüstan”
23:45 “Ukrayna” – “Şimali İrlandiya”
23:45 “Bosniya və Herseqovina” – “İsveç”
23:45 “Farer adaları” – “Slovakiya”