İdman24
Futbol · Report İdman

İspaniya La Liqasında hakimlər matçlardan sonra qərarlarını şərh edəcəklər

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika İspaniya La Liqasında hakimlər matçlardan sonra qərarlarını şərh edəcəklər Futbol 02 noyabr, 2026 20:28 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qəbul etdikləri qərarlarla bağlı televiziya kanallarına müsahibə verməyə başlayıblar.

"Report" un məlumatına görə, bu barədə "Relevo" nəşri xəbər yayıb.

Oyundan sonra televiziya kameraları qarşısına çıxan ilk hakim Rikardo de Burqos Benqoetxea olub. O, oktyabrın 31-də "Atletiko" – "Levante" (2:0) matçında Madrid təmsilçisinin ləğv edilən iki qolunu şərh edib. Ertəsi gün isə Alexandro Ernandes Ernandes "Atletik" – "Real Sosyedad" (2:1) qarşılaşmasında təyin etdiyi penalti qərarını izah edib.

Yeni format çərçivəsində hər turda iki hakim müsahibəsinin təşkili nəzərdə tutulur. Müsahibə üçün seçiləcək oyunları Hakimlər Texniki Komitəsi müəyyənləşdirəcək.

Bildirilib ki, La Liqa, İspaniya Kral Futbol Federasiyası və hakimlər həmkarlar ittifaqı arasında əldə olunan razılaşmaya əsasən, birinci və ikinci divizionlarda çalışan hakimlərə ödənişlər üçün 500 min avro ayrılacaq.

Qeyd edək ki, Madrid "Real"ının televiziya bağlantılarına qoyduğu məhdudiyyətlər səbəbindən "Santyaqo Bernabeu" stadionunda keçirilən oyunlardan sonra hakimlərdən müsahibə alınmayacaq.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 21:42 Zaur Həşimov: "Sumqayıtdan 1 xalla döndüyümüz üçün sevincliyəm" Futbol 21:37 Demokratlar Konqresdə idarəetməni ələ alsa, Donald Tramp İlon Maskı həbsdən qoruyacaq Digər ölkələr 21:27 SEPAH: İranda terror aktının qarşısı alınıb Region 21:18 "Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək Futbol 21:18 Tokayev Qazaxıstana zərər vurmağa cəhd edənlərin məsuliyyətə cəlb olunacağını bildirib Digər ölkələr 21:11 Makron enerji böhranında Fransaya dəstəyə görə Yaxın Şərq ölkələrinə təşəkkür edib Digər ölkələr 21:09 Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib Region 20:53 Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt" "Şəfa" ilə bərabərə qalıb Futbol 20:42 Polşanın BMT-dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə