İdman24
Şahmat · APA Sport

Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib

Azərbaycanın kişilərdən ibarət milli komandası Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, yeddinci turda yığmamız Yunanıstanla qarşılaşıb. Görüş Azərbaycan millisinin 3,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində Aydın Süleymanlı, Məhəmməd Muradlı və Rauf Məmmədov rəqiblərinə qalib gəliblər. Birinci lövhədə Şəhriyar Məmmədyarov Nikolas Teodoru ilə heç-heçə edib.

Qeyd edək ki, yığmamız altıncı turda Argentinanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Orijinal mənbə

İdman24 əsas səhifə