İdman24
Döyüş İdmanı · APA Sport

Boksçumuz Avropa ikincisi olub

Nəbi İsgəndərov Sofiyada Avropa çempionatında Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb.

Apasport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan boksçumuz gümüş mükafata sahib olub.

Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandada daha öncə Sübhan Mamedov (50 kq) qızıl, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.

Orijinal mənbə

İdman24 əsas səhifə