Futbol · APA Sport
“Lids”dən 40 milyon avroluq transfer – Bosniyalı futbolçu Premyer Liqada

“Lids Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu “Sassuolo”nun müdafiəçisi Tarik Muharemoviçi transfer edib.
İnsayder Fabrizio Romanonun məlumatına görə, “Lids” 23 yaşlı bosniyalı mərkəz müdafiəçisi üçün İtaliya təmsilçisinə 40 milyon avro ödəyib.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin də üzvü olan Tarik Muharemoviç 2025/2026 mövsümündə "Sassuolo"nun heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
O, A Seriyasında 32 matçda forma geyinib və bütün görüşlərə start heyətində başlayıb.