Futbol · APA Sport
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə edib

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda "Fatih Karagümrük"lə qarşılaşıb.
Oyun1:1 hesabı ilə başa çatıb. Komandanın yeganə qoluna İbrahima Vadji imza atıb.
Qeyd edək ki, “Turan Tovuz” Ankara hazırlığı çərçivəsində artıq bir oyun keçirib. Komanda İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.