Vəli Qasımov: "İstedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Vəli Qasımov: "İstedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır" Futbol 02 noyabr, 2026 16:15 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda uşaq futbolunun inkişafı üçün istedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır.
Bunu "Report" a açıqlamasında "Şamaxı" akademiyasının rəhbəri Vəli Qasımov deyib.
Mütəxəssis AFFA-nın texniki direktoru Edmond Klaus və digər klubların akademiya rəhbərləri ilə keçirilən görüş barədə fikirlərini bölüşüb:
"İclasda uşaq futbolunun gələcəyi, mövcud problemlər və onların həlli yolları barədə geniş fikir mübadiləsi apardıq. Hələlik konkret qərar qəbul olunmasa da, belə görüşlər inkişaf baxımından vacibdir. Edmond Klaus Avropa təcrübəsini Azərbaycanda tətbiq etmək istəyir. Onun öz strategiyası və görmək istədiyi işlər var".
O, akademiyalardakı əsas çətinliklərə diqqət çəkib:
"Bütün klublarda ideal akademik şərait, uşaqların yaşayışı, qidalanması və meydançalar istənilən səviyyədə deyil. Çempionatların keçirildiyi bəzi meydançalar tələblərə tam cavab vermir. Mövcud imkanlarla çalışırıq, çatışmazlıqları isə zamanla aradan qaldırmaq lazımdır".
Akademiya rəhbəri istedadlı uşaqların inkişafının vacibliyini vurğulayıb:
"Ölkədə istedadlı uşaqlar çoxdur, lakin müəyyən yaşa çatdıqdan sonra onların inkişafında durğunluq yaranır. Bunun qarşısını almaq üçün gənc futbolçulara diqqəti artırmalı və fərdi məşqlərə üstünlük verməliyik".
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 17:02 Foto "Prime Leasing" qlobal səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görüldü Maliyyə 16:57 Foto "Gözel Seeds" və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi Elm və təhsil 16:53 Böyük Britaniya Ukraynaya dəstək üçün 10 milyard funt ayıracaq Digər ölkələr 16:53 Saşa Herkenrat-Vimar: "Asiya Kubokunda 5 cüdoçu ilə 5 medal qazanaraq hədəfə çatdıq" Fərdi 16:49 ADY fotoqraflar üçün müsabiqə elan edib İnfrastruktur 16:47 Foto Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar Turizm 16:45 Foto İrandan Azərbaycana 136 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb Hadisə 16:41 Azərbaycanın investisiya üstünlüyü: istehsaldan regional ixraca Biznes 16:41 Ues Stritinq: Britaniya Aİ ilə daha sıx əməkdaşlığı müzakirə edir, lakin ittifaqa qayıtmaq gündəmdə deyil Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.